Bakı. 26 avqust. REPORT.AZ/ Bu gün “Qaradağ” quru yük gəmisi Rusiyanın Rostov limanına daxil olub. Avqustun 14-də Bakıdan yola salanan gəmi Volqa-Don kanalından keçidini sona çatdırıb.
"Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən "Report"a verilən məlumata görə, müvafiq sənədləşmə işlərindən sonra “Qaradağ” ilk səfərində Krasnodar diyarındakı Yeysk limanından 3000 ton taxıl yükü götürərək Türkiyəyə yola düşəcək.
Xatırladaq ki, avqustun 19-da Bakı limanından çıxmış “Teymur Əhmədov” quru yük gəmisi isə Türkmənbaşıya konteyner yükü apardıqdan sonra Həştərxana doğru istiqamət götürüb. Gəmi sabah Həştərxan limanına çatacaq və Rusiyanın daxili suları ilə keçidini davam etdirəcək.