​Azərbaycan tranzit əməkdaşlığı üzrə yeni sazişə qoşulacaq

​Azərbaycan tranzit əməkdaşlığı üzrə yeni sazişə qoşulacaq Ankarada bununla bağlı növbəti texniki iclas keçirilib
İnfrastruktur
1 Aprel , 2016 15:44
​Azərbaycan tranzit əməkdaşlığı üzrə yeni sazişə qoşulacaq

Bakı. 1 aprel. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankara şəhərində “Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə arasında nəqliyyat, ticarət və tranzit üzrə Əməkdaşlıq” sazişi layihəsi üzrə növbəti texniki iclas keçirilib. 

Bu barədə "Report"a Nəqliyyat Nazirliyindən məlumat verilib.

İclasda Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Qeyd edək ki, 2014-cü ilin sentyabrında Aşqabadda Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizinin yaradılması məsələsinə dair dördtərəfli görüş olub. O zaman Türkiyə də bu nəqliyyat dəhlizinə qoşulmaqda maraqlı olduğunu açıqlayıb.

Bu layihə iştirakçı ölkələrin və regionun digər dövlətlərinin dünya bazarlarına çıxması üçün yeni imkanların yaradılmasına yönəlib. Layihənin həyata keçirilməsi kontinental ticari-iqtisadi əlaqələrin intensivləşdirilməsinə kömək edəcək.

Son xəbərlər

Orphus sistemi