Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədri Hindistanın “Marine Container Services” şirkətinin direktoru ilə görüşüb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədri Hindistanın “Marine Container Services” şirkətinin direktoru ilə görüşüb Bakı. 19 oktyabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) sədri Rauf Vəliyevlə Hindistanın “Marine Container Services” Pvt Ltd şirkətinin təsisçisi və direktoru, kapitan Somesh Batra arasında görüş keçirilib.
İnfrastruktur
19 Oktyabr , 2018 18:04
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədri Hindistanın “Marine Container Services” şirkətinin direktoru ilə görüşüb

Bakı. 19 oktyabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) sədri Rauf Vəliyevlə Hindistanın “Marine Container Services” Pvt Ltd şirkətinin təsisçisi və direktoru, kapitan Somesh Batra arasında görüş keçirilib. 

Bu barədə “Report”a Gəmiçilikdən bildirilib. 

Məlumata görə, görüşdə R.Vəliyev rəhbərlik etdiyi şirkətlə bağlı qonağa ətraflı məlumat verib. O bildirib ki, bu günlərdə AXDG-nin 160 illik yubileyi qeyd olunacaq. 3 əsrlik təcrübəyə malik şirkət hazırda müasir dövrün tələblərinə uyğun fəaliyyətini davam etdirir, dəniz nəqliyyatı sahəsində mövqeyini gündən-günə gücləndirir.

Sədr xüsusi olaraq vurğulayıb ki, Xəzərdə yeganə bərə operatoru olan AXDG donanmaların müxtəlifliyinə və funksionallığına görə də seçilir. Unikal gəmiçilik şirkət kimi  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC həm yükdaşımalarda fəal rol oynayır, həm də neft-qaz layihələrində müxtəlif növ gəmi xidməti göstərir.

AXDG rəhbəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəqliyyat-logistika sahəsində həyata keçirilən layihələrdən danışıb. O, qeyd edib ki, ölkə başçısı gəmiçiliyin inkişafını da daim diqqət mərkəzində saxlayır.

Gəmiçiliyin rəhbəri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun uğurlu fəaliyyəti və əhəmiyyəti haqqında da qonağa məlumat verib. Bildirib ki, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinə daxil olan tərəflərin vahid komanda kimi fəaliyyəti artıq bəhrəsini verir.

Öz növbəsində Somesh Batra təmsil etdiyi şirkətin fəaliyyətindən danışıb. Bildirib ki, “Marine Container Services” uzun illərdir fəaliyyət göstərir. Şirkət təcrübəli və peşəkar komanda ilə bərabər güclü Çin, İtaliya, Sinqapur, Dubay və s kimi ölkələrdə güclü tərəfdaşlara malikdir. Reallaşdırdıqları layihələr haqqında məlumat verən şirkət nümayəndəsi AXDG ilə də əməkdaşlığa  hazır olduqlarını deyib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi