“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” müsabiqələr keçirir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” müsabiqələr keçirir Müraciət üçün təxminən 1 həftə vaxt var
İnfrastruktur
1300
11 Fevral , 2017 09:54
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” müsabiqələr keçirir

Bakı.11 fevral. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC taxta materiallarının, bolt-qayka və xamutların, tibbi avadanlıqların, elektrik mallarının, polad təbəqələrin, polad boruların, müxtəlif gəmi kabellərinin satın alınması məqsədilə açıq müsabiqələr elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

Məlumata görə, elektrik malları ilə bağlı müsabiqəyə müraciət üçün son tarix fevralın 20-si, digər mallarla bağlı müsabiqəyə müraciət üçün son tarix isə fevralın 17-dir. Sənədlər Bakı şəhəri, Rəsulzadə küçəsi, 5 ünvanında qəbul edilir. 

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi