Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir Şirkət yanacaq-sürtkü materialları, müxtəlif ölçülü burazlar və ilmələr almaq istəyir
İnfrastruktur
20 May , 2017 10:56
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir

Bakı. 20 may. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yanacaq-sürtkü materiallarının, eləcə də müxtəlif ölçülü burazların və ilmələrin satın alınması məqsədilə açıq müsabiqələr elan edib.

“Report” xəbər verir ki, müsabiqələrdə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

Müraciətlər mayın 26-na qədər Bakı şəhəri, Rəsulzadə küçəsi, 5 ünvanında qəbul edilir. 

Son xəbərlər

Orphus sistemi