Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi "e-Bilet" sistemini istifadəyə verib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi "e-Bilet" sistemini istifadəyə verib Bu sistem "ro-ro" və bərə gəmiləri ilə müxtəlif tipli avtomaşın və sərnişinlərin daşınması üçün nəzərdə tutulub
İnfrastruktur
6 Sentyabr , 2016 13:02
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi e-Bilet sistemini istifadəyə verib

Bakı. 6 sentyabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC elektron bilet sifarişi ilə bağlı yeni xidmət təklif edir. "Report" xəbər verir ki, gəmiçiliyin internet saytında "ro-ro" və bərə gəmiləri ilə müxtəlif tipli avtomaşınların və sərnişinlərin daşınması üçün “e-Bilet” elektron bilet sifarişi sistemi (https://public.acsc.az/online/payment/index/az/) istifadəyə verilib. 

Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanacaq. Beləliklə, yeni sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişli olacaq.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi qeyd edir ki, müasir texnologiyaların tətbiqi ilə bağlı səylərini bundan sonra da davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi