"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" donanmasının yenilənməsinə 139 mln. ABŞ dolları xərcləyib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" donanmasının yenilənməsinə 139 mln. ABŞ dolları xərcləyib Bunu QSC sədri Ukraynada səfəri zamanı bildirib
İnfrastruktur
752
25 Aprel , 2017 18:48
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi donanmasının yenilənməsinə 139 mln. ABŞ dolları xərcləyib

Bakı. 25 aprel. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Ukraynanın Odessa şəhərindəki “Çernomorsk” Dəniz Ticarət Limanında olub. 

QSC-dən "Report"a daxil olan məlumata görə, limanın direktoru Sergey Krıjanovskiy bərə-kompleksinin fəaliyyəti haqqında məlumat verib.

Bildirib ki, 221 hektar ərazidə yerləşən liman gün ərzində 1960 vaqon, 7 minə yaxın iri və kiçik həcmli avtomobilləri qəbul etmək imkanına malikdir. Yükaşırma müəssisəsindəki 27 körpüdən 24-ü yük, 3-ü isə köməkçi körpüdür. Bunula belə liman bütün növ yükləri qəbul etmək iqtidarındadır. Sergey Krıjanovskiy azərbaycanlı dənizçilərlə əməkdaşlığa böyük önəm verildiyini və bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

R.Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” donanmasının müasir gəmilərlə yenilənməsinə xüsusi diqqət yetirildiyini bildirib: "Son üç ildə alınan 15 yeni gəmi hesabına donanması daha da zənginləşib. Donanmanın yenilənməsinə gəmiçiliyin daxili imkanları hesabına 139 mln. ABŞ dolları vəsait xərclənilib. Ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə əlaqədar Xəzər dənizi üzərindən artması gözlənilən yükdaşıma həcmlərinin qarşılanması üçün yaxınlarda daha dörd gəminin-vaqon-TIR və sərnişin daşınması üçün nəzərdə tutulan yeni nəsil iki unikal Ro-Pax/Bərə və iki tankerin tikintisi üzrə sifariş verilib".

Hazırda Qara və Aralıq dənizlərində Azərbaycan bayrağı altında 10 gəminin üzdüyünü bildirən gəmiçiliyin rəhbəri bu rəqəmin artırılması üzərində iş getdiyini də əlavə edib. Azərbaycanın tranzit imkanları barədə danışarkən R.Vəliyev deyib ki, ölkə Ukrayna ilə tranzit sahəsində də əməkdaşlıq edir və əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var.

Görüşdə Azərbaycanın tranzit potensialından istifadə etməklə Ukraynanın İran və Mərkəzi Asiya bazarlarına çıxmaq imkanlarına toxunulub, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Ukrayna üçün əhəmiyyəti, bu sahədə vahid tarif siyasətinin tətbiqinin vacibliyi vurğulanıb. Bu barədə ikidost dövlət arasında ən yüksək səviyyədə danışıqlar olub. Limanın və bərə kompleksinin imkanlarına yüksək qiymət verən R.Vəliyev birgə uğurlu əməkdaşlığa ümudvar olduğunu bildirib.

Gəmiçiliyin nümayəndə heyəti Odessaya səfəri zamanı bir neçə bərə operatorunun nümayəndəsi ilə də görüşüb. Görüşlərdə yükdaşımalar üzrə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi