Azərbaycan və Ukrayna dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində tariflər tətbiq edə bilər

Azərbaycan və Ukrayna dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində tariflər tətbiq edə bilər Bu məsələ Azərbaycan Dövlət Dəniz Administrasiyasının və Ukraynanın İnfrastruktur Nazirliyinin əməkdaşları arasında keçən işçi görüşdə müzakirə edilib
İnfrastruktur
28 Dekabr , 2016 16:27
Azərbaycan və Ukrayna dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində tariflər tətbiq edə bilər

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan və Ukraynanın Prezidentlər Şurası iclasının protokolunun, eləcə də iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının protokolunun icrası məqsədilə Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ADDA) əməkdaşları Ukraynanın Odessa şəhərində bu ölkənin İnfrastruktur Nazirliyinin əməkdaşları ilə işçi görüşü keçirib. 

Bu barədə "Report"a ADDA-dan bildirilib. 

Məlumata görə, işçi görüşdə dəniz nəqliyyatının inkişafı sahəsində ikitərəfli əməkdaşlığın həyata keçirilməsi, ADDA-nın fəaliyyət istiqamətləri, vəzifələri və səlahiyyətləri barədə Ukrayna tərəfinə ətraflı məlumat verilib.

Görüşdə dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığın həyata keçirilməsi üçün dövlət bayraq və liman nəzarəti, gəmilərin hərəkətinin idarəetmə xidmətinin fəaliyyəti, dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində tariflərin tətbiq edilməsi, dəniz hidrotexniki qurğularının qeydiyyatı, dənizdə gəmilərin uzaq məsafədən tanınması və izlənməsi, keyfiyyətə nəzarət sisteminin tətbiqi, fəaliyyət istiqamətlərinə uyğun olaraq elektron xidmətlərin təkmilləşdirilməsi, təsnifat cəmiyyətlərininfəaliyyətlərinə razılıq verilməsi və onların işinə nəzarət edilməsi, Ukraynada dəniz axtarış xilasetmə koordinasiya fəaliyyəti və hüquqi aspektləri sahəsində müzakirələr aparılaraq, təcrübə mübadiləsinin perspektivləri nəzərdən keçirilib.

Görüş dəniz nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi və uğurla davam etdirilməsi üçün qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində hər iki qurum arasında təcrübə mübadiləsinin aparılması, ikitərəfli işçi qaydada məsləhətləşmələrin davam etdirilməsi və növbəti işçi görüşün Bakı şəhərində həyata keçirilməsinin mümkünlüyü barədə müzakirələrlə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi