Azərbaycan və Rusiya "Xəzər dəniz Mühəndislik Bürosu" birgə müəssisəsi yaradır

Azərbaycan və Rusiya "Xəzər dəniz Mühəndislik Bürosu" birgə müəssisəsi yaradır BM-nin yaradılması ilə bağlı Bakı müqavilə imzalanıb
İnfrastruktur
8 Dekabr , 2016 12:21
Azərbaycan və Rusiya Xəzər dəniz Mühəndislik Bürosu birgə müəssisəsi yaradır

Bakı. 8 dekabr. REPORT.AZ/ Rusiya Dəniz Mühəndisliyi Bürosu (DMB) və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (AXDG) QSC arasında "Xəzər dəniz Mühəndislik Bürosu" birgə müəssisəsinin (BM) yaradılmasına dair sənəd imzalanıb. "Report"un DMB-yə istinadən verdiyi xəbərə görə, sənədi Bakıda AXDG-nin sədri Rauf Vəliyev və DMB-nin baş direktoru Qennadi Yeqorov imzalayıblar.

Yeni müəssisənin rəhbəri Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutunun baş direktoru Odər Abdullayev təyin edilib.

Tərəflərin əldə etdiyi razılaşmaya görə, "Xəzər dəniz Mühəndislik Bürosu"nun fəaliyyət sferasında layihə-konstruktor işləri, dəniz nəqliyyatı sahəsində mühəndis-konstruktor və digər mühəndis xidmətləri, habelə gəmi və üzən qurğuların tikintisi, yenidən təchiz edilməsi, təkmilləşdirilməsi, təmiri və istismarı üçün layihə, işçi, istismar və ya digər texniki sənədələrin işlənib hazırlanması, dəniz nəqliyyatı da daxil olmaqla, digər konstruktor, texnoloji və marketinq işlərinin həyata keçirilməsi, mütəxəsisslərin layihə-konstruktor, texniki məsələlər və istehsalatın idarə edilməsi (xaricidə də) üzrə təcrübə keçməsi nəzərdə tutulub.

BM həmçinin yeni yüksək texnoloji proseslər və istehsalatın təşkili və praktiki reallaşması, proqram təminatının yaradılması, verilənlər bazasının yaradılması və işlənib hazırlanması ilə məşğul olacaq.


Son xəbərlər

Orphus sistemi