Azərbaycan və Rusiya Samur çayı üzərindən körpü tikintisinin başa çatacağı tarixi müəyyən edəcəklər

Azərbaycan və Rusiya Samur çayı üzərindən körpü tikintisinin başa çatacağı tarixi müəyyən edəcəklər Samur çayının üzərindən körpünün layihə və tikinti məsələləri üzrə geniş işçi qrupunun yaradılması haqqında qərar qəbul edilib
İnfrastruktur
20 Mart , 2015 12:43
Azərbaycan və Rusiya Samur çayı üzərindən körpü tikintisinin başa çatacağı tarixi müəyyən edəcəklər

Bakı. 20 mart. REPORT.AZ/ Moskvada keçirilən iclas zamanı Rusiya və Azərbaycan hökumətləri arasında Samur  çayının üzərindən körpü keçidinin tikintisinin həyata keçirilməsi məsələsi müzakirə olunub. "Report" Rusiya Federal Yol Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Rusiya nəqliyyat nazirinin köməkçisi Yuri Petrov, Rusiya Nəqliyyat Nazirliyinin Yol Təsərrüfatı Sahəsində Dövlət Siyasəti Departamentinin direktoru İqor Kostyuçenko iştirak edib. Azərbaycan tərəfini "Azəryolservis" ASC-nin sədr müavini Vaqif Hacıyev, “YolAeroLayihə” İnstitutu” QSC-nin baş direktoru İlham Xudiyev və “Gidrotransproekt” ETM-in direktoru Natiq Əliyev təmsil edib.

İclasda 2015-ci il fevralın 12-də keçirilən iş görüşündə qarşıya qoyulan məsələlər üzrə işlərin yekunları müzakirə olunub. Tərəflər körpünün tikintisi üçün layihə-kəşfiyyat işlərinin yerinə yetirilmə planını hazırlayıb və razılaşdırıblar. 

Görüşün yekununda, əlaqədar qurumların nümayəndələrini cəlb etməklə, Samur çayının üzərindən körpünün layihə və tikinti məsələləri üzrə geniş işçi qrupunun yaradılması haqqında qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi