Azərbaycan Rusiyadan 10 ədəd MS-21 təyyarəsi alacaq

Azərbaycan Rusiyadan 10 ədəd MS-21 təyyarəsi alacaq Sənəd Azərbaycanın baş nazirinin birinci müavini Eyyub Yaqubov və Rusiya baş nazirinin müavini Dmitri Roqozinin iştirakı ilə imzalanıb
İnfrastruktur
141
8 İyun , 2016 09:36
Azərbaycan Rusiyadan 10 ədəd MS-21 təyyarəsi alacaq

Bakı. 8 iyun. REPORT.AZ/ Rusiyanın "İlyuşin Finans" lizinq şirkəti və "Azərbaycan Hava Yolları" 10 ədəd MS-21 təyyarəsinin tədarükü haqqında memorandum imzalayıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, sənəd Azərbaycanın baş nazirinin birinci müavini Eyyub Yaqubov və Rusiya baş nazirinin müavini Dmitri Roqozinin iştirakı ilə imzalanıb.

Sənədi "İlyuşin Finans" şirkətinin baş direktoru Aleksandr Rubtsov və "Azərbaycan Hava Yolları" QSC-nin baş direktoru Cahangir Əsgərov imzalayıb.

A.Rubtsovun sözlərinə görə, yaxın gələcəkdə müqavilə böyük partiya təyyarə üçün imzalanarsa, təlim mərkəzinin Bakıda olacağı istisna olunmur.

MS-21 təyyarəsi (XXI əsrin magistral təyyarəsi) "İrkut" korporasiyası tərəfindən hazırlanır və yığılır. Bu Rusiyanın ilk yaxın-ortamagistral təyyarəsidir. Təyyarənin ilk tədarükü 2018-ci ilin 4-cü rübündə nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi