Azərbaycan və Qırğızıstan su təchizatı sahəsində əməkdaşlığa başlayır

Azərbaycan və Qırğızıstan su təchizatı sahəsində əməkdaşlığa başlayır Əməkdaşlıqla bağlı Bakıda Qırğızıstanın nümayəndə heyəti ilə görüşlər keçirilib
İnfrastruktur
27 Oktyabr , 2015 16:13
Azərbaycan və Qırğızıstan su təchizatı sahəsində əməkdaşlığa başlayır

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan və Qırğızıstan arasında su təsərrüfatı sektorunda təcrübə mübadiləsinin aparılması məqsədi ilə Qırğızıstan nümayəndə heyəti Azərbaycanda səfərdədir.

"Azərsu" ASC-dən "Report"a verilən məlumata görə, Dünya Bankının təşəbbüsü ilə “Azərsu” ASC-də Qırğızıstanın Arxitektura, Tikinti və Kommunal Xidmətlər üzrə Dövlət Agentliyi, İçməli Su Təchizatı Departamenti, Sulutka və Kerben şəhərlərinin rəhbərliyi, İcmaların İnkişafı və İnvestisiya Agentliyinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Qırğızıstan nümayəndə heyətinin rəhbəri, Qırğızıstan İçməli Su Departamentinin rəisi Asker Toktoşev su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında Azərbaycanın təcrübəsi olduğunu bildirib, bu sahədə “Azərsu” ilə gələcək əməkdaşlığın geniş perspektivləri olduğunu diqqətə çatdırıb.

Görüşdə “Azərsu” ilə Qırğızıstanın müvafiq qurumları arasında bilik və təcrübə mübadiləsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti Şamaxı və İsmayıllı şəhərlərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri, həmçinin “Azərsu”nun Təlim-Tədris Mərkəzində, Mərkəzi Laboratoriyada yaradılan şəraitlə tanış olacaq, digər obyektlərə səfər edəcəklər.

Son xəbərlər

Orphus sistemi