Azərbaycan və Qazaxıstan birbaşa dəmir yolu-bərə yük daşımaları barədə razılığa gəliblər

Azərbaycan və Qazaxıstan birbaşa dəmir yolu-bərə yük daşımaları barədə razılığa gəliblər Saziş yüklərin daşınması şərtlərinin tənzimlənməsi və daşınmalara görə ödəniş qaydalarını müəyyən etmək üçün nəzərdə tutulub
İnfrastruktur
227
20 May , 2017 10:46
Azərbaycan və Qazaxıstan birbaşa dəmir yolu-bərə yük daşımaları barədə razılığa gəliblər

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan və Qazaxıstan beynəlxalq birbaşa dəmir yolu-bərə rabitəsi üzrə yüklərin vaqonlarda və konteynerlərdə daşınması haqqında saziş imzalayıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Aktau beynəlxalq ticarət limanının mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, Bakıda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində "Qazaxıstan Temir Jolı" ASC, "Azərbaycan dəmir Yolları" QSC, "Aktau beynəlxalq dəniz ticarət limanı" ASC, Bakı beynəlxalq dəniz ticarət limanı, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Kurık limanı" MMC arasında Ələt-Aktau-Ələt və Ələt-Kurık-Ələt beynəlxalq birbaşa dəmir yolu-bərə rabitəsi üzrə yüklərin vaqonlarda və konteynerlərdə daşınması barədə saziş imzalanıb.

Saziş müqavilə imzalayanlar arasında yüklərin vaqonlar və konteynerlərdə daşınması şərtlərinin tənzimlənməsi və həyata keçirilən daşınmalara görə ödəniş qaydalarını müəyyən etmək üçün nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi