Azərbaycan və ABŞ arasında "Açıq Səma Sazişi" imzalanıb

Azərbaycan və ABŞ arasında "Açıq Səma Sazişi" imzalanıb Sənədi "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və ABŞ səfiri Robert Sekuta imzalayıblar
İnfrastruktur
6 Aprel , 2016 12:11
Azərbaycan və ABŞ arasında Açıq Səma Sazişi imzalanıb

Bakı. 6 aprel. REPORT. AZ/ Bu gün Bakıda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iki ölkə arasında aviadaşımalar bazarının liberallaşdırılması üzrə "Açıq Səma Sazişi" (Open Skies Agreement) imzalayıblar. 

"Report" xəbər verir ki, ikitərəfli saziş ABŞ ilə Azərbaycan arasında hava nəqliyyatının təşkili prosesinin sadələşdirilməsinə imkan verəcək, həmçinin kommersiya reyslərinin sayının artmasına kömək edəcək. 

"Açıq Səma Sazişi" aviaşirkətlərin marşrutlar üzrə kommersiya qərarlarına və qiymətqoyma siyasətinə dövlət müdaxiləsini aradan qaldırmağı nəzərdə tutur. Bu da operatorlara sərnişin və yük daşımaları üzrə daha əlverişli və səmərəli xidmət göstərməyə imkan verəcək. 

Qeyd edək ki, AZAL-ın Bakıdan Nyu-Yorka müntəzəm uçuşları 2013-cü il sentyabrın 23-dən etibarən həftədə iki dəfə "Boeing-787" təyyarəsi ilə yerinə yetirilir.

Son xəbərlər

Orphus sistemi