Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi Baş İdarəsinin direktor müavini, Su Şurasının Baş katibi Mustafa Uzunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Report” Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə su ehtiyatlarından səmərəli istifadə sahəsində mövcud vəziyyət, su təsərrüfatı və daşqınlar üzrə idarəetmənin təkmilləşdirilməsi, bu sahədə iki ölkə arasındakı birgə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti ölkəmizdə yaradılan su ehtiyatlarından səmərəli istifadə üzrə komissiyada təmsil olunan digər qurumlar ilə görüşlər keçirəcək və işğaldan azad olunmuş ərazilərə səfər edəcək.
