Azərbaycan-Tailand birgə müəssisəsi Pirallahı Sənaye Parkında rezident olub

Azərbaycan-Tailand birgə müəssisəsi Pirallahı Sənaye Parkında rezident olub İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) Azərbaycan-Tailand birgə müəssisəsi - "Supreme Pharmatech Azerbaijan" MMC-yə Pirallahı Sənaye Parkında reizdentlik verib.
İnfrastruktur
4 iyul 2023 13:12
Azərbaycan-Tailand birgə müəssisəsi Pirallahı Sənaye Parkında rezident olub

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) Azərbaycan-Tailand birgə müəssisəsi - "Supreme Pharmatech Azerbaijan" MMC-yə Pirallahı Sənaye Parkında rezidentlik verib.

"Report" agentliyə istinadən xəbər verir ki, şirkət Parkın 2,5 hektar ərazisində dəyəri 8,3 milyon manat olan bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalı layihəsi həyata keçirəcək.

Müəssisədə 56 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunacaq məhsullar daxili bazarda satılmaqla yanaşı, “Made In Azerbaijan” brendi altında ixrac ediləcək.

Bununla da Parkın rezidentlərinin sayı 6-ya çatıb.

Son xəbərlər

Orphus sistemi