Azərbaycan sürücüləri bu il "Yaşıl Kart" ölkələrində 18 qəza törədib

Azərbaycan sürücüləri bu il "Yaşıl Kart" ölkələrində 18 qəza törədib Bu qəzalar əsasən Türkiyə, Rusiya, İran və Polşada baş verib
İnfrastruktur
12 Aprel , 2017 15:03
Azərbaycan sürücüləri bu il Yaşıl Kart ölkələrində 18 qəza törədib

Bakı. 12 aprel. REPORT.AZ/ Bu ilin ilk rübündə Azərbaycandan “Yaşıl Kart” sisteminin əhatə etdiyi ölkələrə yollanan avtomobil sürücülərinin həmin ölkələrdə öz avtonəqliyyat vasitələrilə yol-nəqliyyat hadisələrinə səbəb olması ilə bağlı 18 fakt qeydə alınıb.

“Report” İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, bu qəzalar əsasən Türkiyə, Rusiya, İran və Polşa kimi ölkələrdə baş verib:

“Ötən dövr ərzində qeydə alınan sığorta hadisələri nəticəsində əmlakına və ya sağlamlığına ziyan dəymiş qarşı tərəflərə (üçüncü şəxslərə) “Yaşıl Kart” sisteminin mexanizmi əsasında sığorta ödənişlərinin verilməsi məqsədilə ölkələrarası müvafiq sənədləşmə və qeydiyyat işləri aparılıb, əksər hallar üzrə ödənişlərin icrası artıq başa çatdırılıb”, - deyə Sığorta Bürosundan bildirilib.

Son xəbərlər

Orphus sistemi