Bakı. 21 may. REPORT.AZ/ Gələn ay Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar gömrük işçilərinin sayında dəyişiklik edilməyib və eyni səviyyədə saxlanılıb.
"Report"un verdiyi xəbərə görə, bunu Dövlət Gömtük Komitəsini (DGK) sədri
"Bundan əlavə, artıq bütün sərhədlərdə öz təcrübəli mütəxəssislərimizin iştirakı ilə yük və sərnişinlərin gəlişi ilə bağlı seminarlar keçirmişik. Bir neçə il əvvəl yüklərin və sənişinlərin gəlişi, əl yükləri və baqajın rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan və ingilis dillərində məlumat kitabçaları buraxmışıq. Bütün sərhədlər Təşkilat Komitəsi tərəfindən bu məlumat kitabçaları ilə təmin edilib. Bizim işimiz turistlərə şərait yaratmaqdır ki, əl yükləri vaxtında rəsmiləşdirib sərhədləri keçsin", - deyə A.Əliyev qeyd edib.
DGK sədri əlavə edib ki, qonşu ölkələrdən fərdi avtomobillərin sərhədlərdən buraxılması qaydalarına da dəyişiklik edilməyəcək: "Oyunlarla bağlı müəyyən işləri artıq görürük. Qarşımızda qoyulan vəzifələr üzrə çalışırıq".
Komitə rəhbəri bildirib ki, Oyunlarla əlaqədar yüklərin kəskin artımı gözlənilir və artıq bu proses başlayıb: "Burada bəzi spesifik məsələlər var. Bəzi idman növləri ilə bağlı silahların, tibbi preparatların gətirilməsinin tezliklə qanuni rəsmiləşdirilməsi kimi məsələlər həll ediləcək".