Azərbaycan-Rusiya sərhədində yeni gömrük-keçid məntəqəsi tikiləcək

Azərbaycan-Rusiya sərhədində yeni gömrük-keçid məntəqəsi tikiləcək Qazax. 23 iyun. REPORT.AZ/ Azərbaycanda yeni gömrük-keçid məntəqəsi tikiləcək.
İnfrastruktur
23 iyun 2018 08:12
Azərbaycan-Rusiya sərhədində yeni gömrük-keçid məntəqəsi tikiləcək

Qazax. 23 iyun. REPORT.AZ/ "Azərbaycanda yeni gömrük-keçid məntəqəsi tikiləcək". 

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.

O bildirib ki, yeni gömrük-keçid məntəqəsi Rusiya ilə sərhəddə tikiləcək: "Yeni gömrük buraxılış məntəqəsi Xaçmaz Gömrük İdarəsinə aid "Xanoba" gömrük-keçid məntəqəsi olacaq. Bu məntəqədə bir tərəfin yoxlayacağı nəqliyyat vasitələri qarşı tərəfdə yoxlanılmayacaq".

Komitə rəsmisi qeyd edib ki, artıq bu məsələ ilə bağlı komissiya yaradılıb və işlər aparılır. 

Son xəbərlər

Orphus sistemi