Azərbaycan Rusiya ilə Samur Hidroqovşağının birgə istismarını müzakirə edib

Azərbaycan Rusiya ilə Samur Hidroqovşağının birgə istismarını müzakirə edib Rusiya Federasiyası Dağıstan Respublikasının ərazisində “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən y
İnfrastruktur
18 Dekabr , 2023 16:37
Azərbaycan Rusiya ilə Samur Hidroqovşağının birgə istismarını müzakirə edib

Rusiyanın Dağıstan ərazisində “Azərbaycan və Rusiya arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi, mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 25-ci görüşü keçirilib.

Bu barədə "Report"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, görüş Komissiyanın Azərbaycan tərəfdən həmsədri, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Zakir Quliyevin və Rusiya tərəfdən həmsədri, bu ölkənin Su Ehtiyatları Federal Agentliyinin rəhbərinin müavini Vadim Nikonorovun rəhbərliyi ilə keçirilib. İclasda səhmdar cəmiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak edib.

Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü, monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb, görüləcək tədbirlər barədə protokol imzalanıb.

Son xəbərlər

Orphus sistemi