Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək

Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək İran Azərbaycanın neft və neft məhsullarının cənub sularına çatdırılmasında maraqlıdır
İnfrastruktur
5 Mart , 2017 17:16
Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək

Bakı. 5 mart. REPORT.AZ/ "Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək və iki ölkənin səyi ilə Rəşt-Astara dəmir yolunun inşası başlanacaq".

"Report" xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı İlham Əliyevlə keçiridiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, hər iki ölkə enerji sahəsində əməkdaşlığa hazır olduğunu bəyan edir:

"İran Azərbaycanın neft və neft məhsullarının cənub sularına çatdırılmasında maraqlıdır və ümidvarıq ki, bu sahədə əməkdaşlığımız genişlənəcək. Ölkələrimiz müştərək sərmayə qoyuluşu, eləcə də Azərbaycanda avtomobil zavodunun və dərman preparatları istehsal edən müəssisənin inşası üçün önəmli addımlar atıblar və bu məsələdə zəruri razılaşmalar əldə edilib. Ümidvarıq ki, yaxın gələcəkdə bu layihələr həyata keçiriləcək".

Son xəbərlər

Orphus sistemi