Azərbaycan qəbiristanlıq torpaqlarının xüsusi mülkiyyətə verilməsini qadağan edir

Azərbaycan qəbiristanlıq torpaqlarının xüsusi mülkiyyətə verilməsini qadağan edir Hüquqi və fiziki şəxslərin istifadəsi və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqları da xüsusi mülkiyyətə verilə bilməz
İnfrastruktur
15 Dekabr , 2017 11:27
Azərbaycan qəbiristanlıq torpaqlarının xüsusi mülkiyyətə verilməsini qadağan edir

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanda "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən, qəbiristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilə bilməyəcək.

"Report"un verdiyi xəbərə görə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunda dəyişiklik edilməsi haqqında layihə bu gün Milli Məclisin Aqrar siyasət Komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyyə olunub.

Dəyişikliyə əsasən, 7.2 maddədə qeyd olunur ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parklarının, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, qəbiristanlıqların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə, hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

Son xəbərlər

Orphus sistemi