Azərbaycan ötən il avtomobil idxalını 40% azaldıb

Azərbaycan ötən il avtomobil idxalını 40% azaldıb İdxal edilən nəqliyyat vasitələrinin 91%-i minik avtomobillləri olub
İnfrastruktur
16 Yanvar , 2015 13:31
Azərbaycan ötən il avtomobil idxalını 40% azaldıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Ötən il ərzində Azərbaycana 63 638 avtonəqliyyat vasitəsi gətirilib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, son bir ildə avtomobillərin idxalı 39,3% azalıb.

Hesabat ilində ölkəyə idxal olunan nəqliyyat vasitələrinin 90,9%-ni və ya 57 615 ədədini əsasən adamların daşınması üçün nəzərədə tutulmuş minik avtomobillləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Bu avtomobilllərin ölkəyə idxalında illik 39,3% azalma qeydə alınıb.

Ötən il ölkəyə idxal olunan nəqliyyat vasitələrinin 5 054 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 354 ədədi xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri, 345 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin payına düşüb. 

Son xəbərlər

Orphus sistemi