Bakı. 19 iyun. REPORT.AZ/ "Silk Way Group" holdinqinə daxil olan "Silk Way Helicopter Services" törəmə vertolyot şirkəti
"Report"un "BizavWeek" dərgisinə istinadən verdiyi məlumata görə, hazırda bununla bağlı "AgustaWestland" (B.Britaniya-İtaliya) vertolyot dizaynı və istehsalı şirkəti ilə danışıqlar aparılır. Zəruri sertifikasiya və razılıq əldə olunduqdan sonra "Silk Way Helicopter Services" texniki xidmət göstərə biləcək.
Məlumatda deyilir ki, şirkətin üç il ərzində aldığı "AW139" modelində olan yeni vertolyotlar yeni layihələrə, xüsusən də " AgustaWestland"in regionda servis mərkəzinin yaradılması ideyasına təkan verib: "Azərbaycanda və qonşu ölkələrdə hazırda bu istehsalçının ən azı 17 maşını istismar olunur və onların sayı artacaq".