Azərbaycan nəqliyyat-logistika sahəsi ilə bağlı beynəlxalq tədbirdə iştirak edir

Azərbaycan nəqliyyat-logistika sahəsi ilə bağlı beynəlxalq tədbirdə iştirak edir Bakı. 5 sentyabr. REPORT.AZ/ Türkmənistanın paytaxtı Aşqabadda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) qatılan ölkələrin Beynəlxalq Ekspeditorlar və Yük Daşıyıcıları Assosiasiyaları Federasiyasının 9-cu illik toplantısı keçirilir.
İnfrastruktur
5 sentyabr 2018 07:04
Azərbaycan nəqliyyat-logistika sahəsi ilə bağlı beynəlxalq tədbirdə iştirak edir

Bakı. 5 sentyabr. REPORT.AZ/ Türkmənistanın paytaxtı Aşqabadda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) qatılan ölkələrin Beynəlxalq Ekspeditorlar və Yük Daşıyıcıları  Assosiasiyaları Federasiyasının 9-cu illik toplantısı keçirilir. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, tədbirdə Çin, Pakistan, Əfqanıstan, Monqolustan, Gürcüstan, Azərbaycan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın müvafiq qurumlarının nümayəndələri, həmçinin BTM, Asiya İnkişaf Bankı (ADB) və Dünya Gömrük Təşkilatının (WCO) təmsilçiləri, iri logistika şirkətlərinin rəhbərləri, ekspertlər iştirak edirlər.

Tərəflər CAREC çərçivəsində fəaliyyətin əlaqələndirilməsi üçün işçi qrupunun yaradılması, gömrük prosedurlarının asanlaşdırılmasına dair koordinasiyalı tədbirlərin görülməsi və s. məsələləri müzakirə edirlər. 

Qeyd edək ki, tədbir iştirakçıları təşkilati məsələləri də nəzərdən keçirib, Türkmənistan da daxil olmaqla Mərkəzi Asiya regionunda nəqliyyat dəhlizlərinin formalaşmasının Böyük İpək Yolunun dirçəlməsi ilə bağlı məqsədlərə nail olmaqda böyük rol oynayacağını qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi