Azərbaycan Naxçıvana yeni kommunikasiya bağlantılarının xərcini İranla birlikdə çəkəcək

Azərbaycan Naxçıvana yeni kommunikasiya bağlantılarının xərcini İranla birlikdə çəkəcək Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərcləri Azərbaycan ödəyəcək.
İnfrastruktur
11 Mart , 2022 20:36
Azərbaycan Naxçıvana yeni kommunikasiya bağlantılarının xərcini İranla birlikdə çəkəcək

Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərcləri Azərbaycan ödəyəcək.

“Report” xəbər verir ki, İran isə İran Naxçıvan MR-i Ordubad rayonu ilə birləşdirəcək avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri ödəyəcək.

Körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət Birgə işçi qrup yaradılacaq.

Avtomobil yolu körpülərinin tikintisi başa çatana qədər Tərəflər öz dövlətinin ərazisində avtomobil yollarının zəruri tikinti, genişləndirmə və yenidənqurma işlərini təmin edəcək, eyni zamanda avtomobil körpüsünə giriş yollarının tikintisini həyata keçirəcəklər.

Avtomobil yoluna paralel olaraq tikiləcək dəmir yolunun maliyyələşdirilməsi və ödənilməsinə dair təkliflər 6 ay müddətində hazırlanıb tərəflərin hökümətlərinə təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi