Azərbaycan mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik prinsipinin tətbiqinə başlayır

Azərbaycan mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik prinsipinin tətbiqinə başlayır Vətəndaşlar yalnız bir ünvana müraciət etməklə onlara məxsus daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata aldıra biləcəklər
İnfrastruktur
26 May , 2015 11:07
Azərbaycan mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik prinsipinin tətbiqinə başlayır

Bakı. 26 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin yeni əsasnaməsində mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçilik prinsipinin tətbiqi, torpaq idarəçiliyinin təkmilləşdirilməsi və Konstitusiyada əks olunmuş mülkiyyət növləri üzrə sərhədlərin dəqiqləşdirilməsi nəzərdə tutulub.

"Report"un Əmlak Məsələləri üzrə Dövlət Koimitəsinə istinadən verdiyi xəbərə görə, yeni qaydalara əsasən, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik prinsipinin tətbiqinə başlanacaq. Yəni, vətəndaşlar yalnız bir ünvana müraciət etməklə onlara məxsus daşınmaz əmlakları dövlət reyestrində qeydiyyata aldıra biləcəklər.

Həmçinin, Komitə qarşısında yeni fəaliyyət istiqamətlərinə dair bir sıra vəzifələr qoyulub. Bunlara dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtibi, torpaq bazarının və yerquruluşu işlərinin təşkili, bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması daxildir. Eyni zamanda, mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın kütləvi qiymətləndirilməsini təşkil etmək, dövlət və bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarını keçirmək kimi vəzifələr təsdiq edilib. Habelə, komitənin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirmək, geodeziya, topoqrafiya, kartoqrafiya, torpaq tədqiqatı işlərini icra etmək, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərini dəqiqləşdirmək kimi vəzifələri var.

Yeni proseduraların digər üstünlüyü bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılmasıdır. Elektron torpaq uçotu torpaq sahələrinin təkcə fiziki sərhədlərinin uçotunu deyil, həm də onların keyfiyyət göstəricilərini nəzərə alır.

Qeyd edək ki, Azərbaycan Prezidenti 4 may 2015-ci il Əmlak Məsələləri Dövlət Komitəsinin yeni əsasnaməsini təsdiq edib. 

Son xəbərlər

Orphus sistemi