Azərbaycan minik avtomobili və traktor istehsalını azaldıb

Azərbaycan minik avtomobili və traktor istehsalını azaldıb Avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 35,7 % artıb.
İnfrastruktur
199
21 Yanvar , 2021 12:15
Azərbaycan minik avtomobili və traktor istehsalını azaldıb

2020-ci il ərzində Azərbaycanda 352,2 mln manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı isə 47 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,7 % artıb, maşın və avadanlıqların istehsalı isə 5,1 % azalıb.

2020-ci ildə Azərbaycanda 1 949 ədəd minik avtomobili istehsal olunub. Bu 2019-cu ilin göstəriciləri ilә müqayisәdә 411 әdәd və ya 17,5 % az minik avtomobili təşkil edir. Bu il yanvarın 1-nə ölkədə 199 ədəd hazır məhsul ehtiyatı yaranıb.

2020-ci ilin ötən dövrü ərzində ölkədə 300 ədəd traktor istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 66,9 % azdır. Bu il yanvarın 1-nə ölkədə 99 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Son xəbərlər

Orphus sistemi