Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu MİDA-nın tenderinin qalibi olub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu MİDA-nın tenderinin qalibi olub Artıq tərəflər arasında müvafiq satınalma müqaviləsi də imzalanıb
İnfrastruktur
394
31 Avqust , 2017 10:57
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu MİDA-nın tenderinin qalibi olub

Bakı. 31 avqust. REPORT.AZ/ “Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu” MMC Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC tərəfindən keçirilən açıq tenderin qalibi olub. 

“Report” xəbər verir ki, institut Bakı şəhərinin Suraxanı rayonu Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikinti layihə-smeta sənədlərini hazırlayacaq.

Məlumata görə, MMC-nin görəcəyi işlərə mühəndis-geoloji işlər, məhəllənin memarlıq həlli, yaşayış binaları, sahədaxili və sahəxarici mühəndis xətləri, Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi, məktəb, uşaq bağçası, sosial obyektlər, mühəndis qurğuları və dövlət orqanları ilə razılaşmalar daxildir.

Qeyd edək ki, artıq MİDA “Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu” MMC ilə müvafiq satınalma müqaviləsi bağlayıb.

Son xəbərlər

Orphus sistemi