"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" xəbərdarlıq sistemini yarada bilmir

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" xəbərdarlıq sistemini yarada bilmir Qurumun sədri həll edilməyən əsas problemlərdən danışıb
İnfrastruktur
1 Oktyabr , 2015 12:26
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı xəbərdarlıq sistemini yarada bilmir

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycanda su axınının əsas hissəsi qış-yaz dövrünə düşən və ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər paylanmış dağ çaylarının əksəriyyəti kənd təsərrüfatı bitkilərinin suya olan tələbatının daha çox olduğu yay aylarında quruyur. Buna görə gursulu dövrlərdə bu çayların su ehtiyatlarından səmərəli istifadə edilməsi və baş verə biləcək sel və daşqın təhlükəsinin qarşısının alınması üçün onların üzərində yeni su anbarları tikilməlidir. Lakin su ehtiyatlarından istifadənin səmərəsini artırmaq, suvarılan torpaqların su təminatını və meliorativ vəziyyəti yaxşılaşdırmaq məqsədilə həlli vacib olan bu məsələ hələ də qalmaqdadır. "Report" xəbər verir ki, bunu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə "Azərbaycan" qəzetinə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, həlli mühüm olan, lakin hələ də həyata keçirilməyən məsələlər sırasında su itkilərinin qarşısının alınması üçün 75%-dən çoxu torpaq məcralı olan mövcud suvarma sistemlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması, onların beton üzlüyə alınması, müasir təsərrüfatçılıq prinsipləri nəzərə alınmaqla, suya qənaətedici mütərəqqi suvarma texnikası və texnologiyalarının (süni yağışyağdırma, damcı və sair üsullar) tətbiqi, sel və daşqınların zərərli təsirindən yaşayış məntəqələrinin, kənd təsərrüfatı ərazilərinin və infrastruktur obyektlərin mühafizəsi məqsədilə sel və daşqın təhlükəli çaylarda kompleks tədbirlərin, o cümlədən müdafiə bəndlərinin tikilməsi, çay məcralarının kanallaşdırılması kimi mühəndisi tədbirlərlə yanaşı, çay hövzələrində meşəsalma və ot örtüyünün bərpası, xəbərdarlıq sisteminin yaradılması və digər tədbirlərin həyata keçirilməsi, ölkədə meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin daha geniş miqyasda davam etdirilməsi yer alır.

Son xəbərlər

Orphus sistemi