Azərbaycandan İrana uçuşlar bərpa olunur

Azərbaycandan İrana uçuşlar bərpa olunur "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” martın 4-dən Bakıdan İranın paytaxtı Tehrana uçuşları bərpa edəcək.
İnfrastruktur
17 Fevral , 2022 15:42
Azərbaycandan İrana uçuşlar bərpa olunur

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” martın 4-dən Bakıdan İranın paytaxtı Tehrana uçuşları bərpa edəcək.

"Report" AZAL-a istinadən xəbər verir ki, xüsusi aviareyslər Heydər Əliyev Beynəlxalq Aeroportundan Tehran hava limanına və əks istiqamətdə həftədə bir dəfə - cümə günləri yerinə yetiriləcək.

Həmin uçuşlara biletləri aviaşirkətin rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə etmək olar.

Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Bakı hava limanının I trminalında xidmət göstərilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

İrana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə İran ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilib: https://www.butaairways.az/az/covid/iran

Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd olunub: https://www.butaairways.az/az/covid/clinics

Azərbaycan vətəndaşları İrandan Vətənə uçuş zamanı COVİD-19-a dair PCR-testindən keçməlidirlər.

İran vətəndaşları Azərbaycan ərazisinə giriş zamanı COVID-19-a qarşı peyvəndlənmənin tam kursunu təsdiq edən etibarlı sənəd təqdim etməli, həmçinin koronavirus infeksiyasına dair PCR-testindən keçməlidirlər.

İrandan səfər edən sərnişinlərə PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək.

COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

Son xəbərlər

Orphus sistemi