Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 13% azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 13% azalıb Bakı. 13 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanda iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 953,6 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,8% az vəsait yönəldilib.
İnfrastruktur
13 Sentyabr , 2018 14:25
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 13% azalıb
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanda iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 953,6 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,8% az vəsait yönəldilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 22,7%, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 37,7% artıb. Ümumi sərmayənin 69,2%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 69,6%-i məhsul istehsalı obyektlərinin, 22,9%-i xidmət sahələri üzrə obyektlərin, 7,5%-i isə ümumi sahəsi 1247,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 59,4%-ini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51,7%, bank kreditləri 14,7%, büdcə vəsaitləri 25,2%, əhalinin şəxsi vəsaitləri 6,0%, büdcədənkənar fondların vəsaitləri 1,7%, sair vəsaitlər isə 0,7% təşkil edib.

Son xəbərlər

Orphus sistemi