Azərbaycan-İran dəmir yolu bağlantısı ilə bağlı gələcək perspektivlər müzakirə olunub

Azərbaycan-İran dəmir yolu bağlantısı ilə bağlı gələcək perspektivlər müzakirə olunub Bakı. 1 mart. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanov İranın yol və şəhərsalma nazirinin müavini, İran dəmir yolunun baş direktoru Səid Məhəmmədzadə ilə görüşüb.
İnfrastruktur
1 Mart , 2018 16:38
Azərbaycan-İran dəmir yolu bağlantısı ilə bağlı gələcək perspektivlər müzakirə olunub

Bakı. 1 mart. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanov İranın yol və şəhərsalma nazirinin müavini, İran dəmir yolunun baş direktoru Səid Məhəmmədzadə ilə görüşüb.

“Report” ADY-yə istinadən xəbər verir ki, görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti çərçivəsində Astara (İran) terminalının tikintisi, Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu bağlantısı ilə bağlı hərəkət perspektivləri müzakirə olunub.

C.Qurbanov bildirib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icrası çərçivəsində Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri yerinə yetirib. Eyni zamanda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da başa çatmaq üzrədir.

Onun sözlərinə görə, Azərbaycan və İran dəmir yolları arasında “Astara yükdoldurma və yükboşaltma terminalının tikintisi və istismarı” layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, ADY 15 illik müddətə 1,4 km-lik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür. Yaxın vaxtlarda Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulur.

Müzakirələr zamanı qeyd olunub ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yollarını bir şəbəkədə birləşdirəcək.

S.Məhəmmədzadə isə bildirib ki, bu layihə Azərbaycan, İran və Rusiya ərazisində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda yüklərin bu istiqamətə axınına təkan verəcək.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran) - Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.

Son xəbərlər

Orphus sistemi