“Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tərkibindən çıxarılıb

“Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tərkibindən çıxarılıb Qərar AZAL-ın Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul olunub
İnfrastruktur
207
30 İyul , 2017 09:05
“Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tərkibindən çıxarılıb

Bakı. 30 iyul. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tərkibindən çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.

Qərara görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Strukturu”nun “II. “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan qurumlar” bölməsinin 1-ci hissəsi ləğv edilib.

“Azərbaycan Hava Yolları” QSC-yə bu qərardan irəli gələn məsələləri həll etmək göstərişi verilib.

Qərar “Azərbaycan Hava Yolları” QSC-nin Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul olunub.

Son xəbərlər

Orphus sistemi