Azərbaycan, Gürcüstan və Türkiyə rəsmiləri BTQ-nin açılışa hazırlığını yoxlayıblar

Azərbaycan, Gürcüstan və Türkiyə rəsmiləri BTQ-nin açılışa hazırlığını yoxlayıblar Axalkələki səfərinin nəticələri barədə mətbuata açıqlama veriləcəyi gözlənilir
İnfrastruktur
238
27 Sentyabr , 2017 09:50
Azərbaycan, Gürcüstan və Türkiyə rəsmiləri BTQ-nin açılışa hazırlığını yoxlayıblar
Report

Tbilisi. 27 sentyabr. REPORT.AZ/ Azərbaycan, Gürcüstan və Türkiyənin müvafiq strukturlarının rəhbərləri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində aparılan tikinti işlərinin gedişatı ilə maraqlanıblar.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin İdarə Heyətinin (İH) sədri Cavid Qurbanov, Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan, "Gürcüstan Dəmir Yolları" SC-nin İH-nin sədri Mamuka Baxtadze, habelə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxariya, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İH-nin sədri Rauf Vəliyev, eləcə də Azərbaycanın və Türkiyənin bu ölkədəki səfirləri Dursun Həsənov və Zəki Ləvənt Gümrükçü, digər rəsmi şəxslər sentyabrın 26-da qatarla Tbilisidən Axalkələkiyə gediblər.

Dövlət və hökumət rəsmiləri Zalqa, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ-nin açılışa hazırlığı ilə maraqlanıblar. Onların Axalkələki səfərinin nəticələri barədə mətbuata açıqlama verəcəkləri gözlənilir. 

Son xəbərlər

Orphus sistemi