Azərbaycan-Gürcüstan sərhədindəki gömrük məntəqəsində nisbi sıxlıq yaranıb

Azərbaycan-Gürcüstan sərhədindəki gömrük məntəqəsində nisbi sıxlıq yaranıb Bu, bayram günləri ilə əlaqədar Gürcüstana səyahət edənlərin sayının artması və Rusiya-Gürcüstan sərhədindəki uçqunun baş verməsi ilıə bağlıdır
İnfrastruktur
6 İyul , 2016 16:40
Azərbaycan-Gürcüstan sərhədindəki gömrük məntəqəsində nisbi sıxlıq yaranıb

Bakı. 6 iyul. REPORT.AZ/ İyun ayının 6-da səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb. Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, sıxlığın yaranmasının əsas səbəbi bayram günləri ilə əlaqədar Gürcüstana səyahət edənlərin sayının kəskin artmasıdır.

Gömrük keçid məntəqəsinin iş rejimini çətinləşdirən digər amil isə Rusiya-Gürcüstan sərhədində baş verən uçqun nəticəsində Rusiyadan bu ölkəyə gedən avtomobillərin Rusiya-Azərbaycan-Gürcüstan marşrutu ilə hərəkət etməsidir. Belə ki, Rusiya-Gürcüstan arasındakı sərhəd keçid məntəqəsinin iş rejimində yaranan problem nəticəsində Rusiyadan Gürcüstana gedən avtomobillər Azərbaycandan tranzit keçməklə “Sınıq Körpü” gömrük keçid məntəqəsi vasitəsilə Gürcüstan ərazisinə hərəkət edir.

"Hazırda 3 xətt vasitəsilə avtomobillərin intensiv keçidinin təmin olunduğu “Sınıq Körpü” məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və qısa zaman ərzində sıxlıq tam aradan qaldırılacaq", - deyə DGK-dan bildirilib.

Son xəbərlər

Orphus sistemi