Azərbaycan ən çox "VAZ" avtomobilləri alan ölkələr sırasındadır

Azərbaycan ən çox "VAZ" avtomobilləri alan ölkələr sırasındadır Ölkə bu avtomobillərin idxalında ilk beşliyə daxildir
İnfrastruktur
24 Fevral , 2016 17:17
Azərbaycan ən çox VAZ avtomobilləri alan ölkələr sırasındadır

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan 2015-ci ildə Rusiyanın "AvtoVAZ" avtomobil modellərinin ixrac olunduğu ölkələrin ilk beşliyinə daxil olub. "Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Azərbaycanla yanaşı, əsas idxalçıların sırasına Qazaxıstan, Misir, Ukrayna və Almaniya daxildir.

Qeyd edilən dövrdə Rusiya avtomobil brendi müxtəlif ölkələrə təxminən 70 min avtomobilin göndərilməsinə dair müqavilələr imzalayıb.

Hazırda şirkət Livan və Suriyaya modellərinin ixracını həyata keçirməyi planlaşdırır. "AvtoVAZ" 2015-ci ilin sonunda isə Macarıstan bazarına qayıdıb.

Şirkət rəhbəri Bu Andersson deyib ki, müəssisə Avropanın 5-6 ölkəsinə "Vesta" və "Xray" kimi yeni modellərin ixracını təşkil etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi