Azərbaycan dənizçilərinin sənədlərinin etibarlılıq müddəti uzadılıb

Azərbaycan dənizçilərinin sənədlərinin etibarlılıq müddəti uzadılıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi azərbaycanlı dənizçilərin şəxsiyyətini təsdiq edən sənədlərin və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini gələn il aprelin 1-nə qədər uzadıb.
İnfrastruktur
287
17 Dekabr , 2020 11:20
Azərbaycan dənizçilərinin sənədlərinin etibarlılıq müddəti uzadılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi azərbaycanlı dənizçilərin şəxsiyyətini təsdiq edən sənədlərin və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini gələn il aprelin 1-nə qədər uzadıb.

Bu barədə "Report"a agentlikdən bildirilib.

Məlumata görə, məlumata görə, səbəb dünyada hələ də davam edən koronavirus (COVID-19) pandemiyasıdır. Bununla bağlı, aidiyyatı işlər görülüb və Beynəlxalq Dəniz Təşkilatına, Dövlət Liman Nəzarəti və Bayraq nəzarətini həyata keçirən qurumlara, azərbaycanlı dənizçilərə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, həmçinin gəmiləri heyətlə komplektləşdirən agentliklərə, digər aidiyyəti şəxslərə bildiriş göndərilib.

Azərbaycan dənizçilərinə verilən şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətlərinin bitmə ehtimalı bəzi mühüm addımların atılması zərurətini yaradıb.

Dövlət Dəniz Agentliyi Azərbaycan və xarici dövlət bayrağı altında üzən gəmilərdə dənizçilərimizin çalışdığını nəzərə alaraq, onların etibarlılıq müddəti bitmiş - “Dənizçinin Şəxsiyyət Sənədinin və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini aşağıdakı tələblərə riayət olunmaqla 3 ay uzadır.

Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər aşağıda qeyd olunan sənədlərlə birlikdə etibarlılıq müddətinin uzadılmasına dair müraciət formasını elektron şəkildə təqdim etməlidir:

- Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub,

- Mövcud şərtlərə əsasən liman və ya miqrasiya qurumundan gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş,

- Əmək müqaviləsinin surəti

Xatırladaq ki, dənizçilərin etibarlılıq müddəti bitmiş - “Dənizçinin Şəxsiyyət Sənədinin”, sertifikatların (diplomların) etibarlılıq müddəti ilkin mərhələdə 1 iyul 2020 – ci il, 1 oktyabr 2020 – ci il, daha sonra isə 1 yanvar 2020-ci il tarixinə qədər uzadılmışdı.

Son xəbərlər

Orphus sistemi