Azərbaycan dənizçiləri anım dəqiqəsinə qoşulub

Azərbaycan dənizçiləri anım dəqiqəsinə qoşulub Bu gün, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Vətən Müharibəsinin şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) dənizçiləri də sükut dəqiqəsinə qoşulub
İnfrastruktur
565
4 Dekabr , 2020 17:19
Azərbaycan dənizçiləri anım dəqiqəsinə qoşulub

Bu gün saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Vətən müharibəsinin şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) dənizçiləri də sükut dəqiqəsinə qoşulublar.

Bu barədə "Report"a ASCO-dan məlumat verilib.

Məlumata görə, gəmilərdən fasiləsiz fit səsi verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən gün Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi