Azərbaycan dəmiryolçuları Vyanaya səfər ediblər

Azərbaycan dəmiryolçuları Vyanaya səfər ediblər Bakı. 21 fevral. REPORT.AZ/ Bu gün Vyanada (Avstriya) “Strateji əməkdaşlıq 1520: Mərkəzi Avropa” beynəlxalq dəmiryol biznes-forumu işə başlayıb.
İnfrastruktur
21 Fevral , 2018 13:28
Azərbaycan dəmiryolçuları Vyanaya səfər ediblər

Bakı. 21 fevral. REPORT.AZ/ Bu gün Vyanada (Avstriya) “Strateji əməkdaşlıq 1520: Mərkəzi Avropa” beynəlxalq dəmiryol biznes-forumu işə başlayıb.

“Report”un verdiyi xəbərə görə, forumda Avstriya, Belarus, İtaliya, Azərbaycan, Qazaxıstan, Rusiya və digər ölkələrin dəmir yolu üzrə top-menecerləri iştirak edirlər.

Forumda Avropa və MDB ölkələrinin dəmiryolçuları əsas infrstruktur layihələri və onlara investisiya cəlbi ilə bağlı məsələləri müzakirə edəcəklər. “Avrasiya dəhlizi” və “Yeni İpək Yolu", bazardakı vəsaitin infrastruktur layihələrinə yönəlməsi üçün atılmalı olan addımlar müzakirə mövzusu olacaq.

Rusiya və Avstriya üçün əsas məsələlərdən biri Vyana və Bratislavaya qədər dəmiryolu xəttinin tikintisi ilə yeni Avrasiya nəqliyyat dəhlizinin yaradılmasıdır.

Forum fevralın 22-də də davam edəcək. 

Son xəbərlər

Orphus sistemi