Azərbaycan dəmir yolu ilə beynəlxalq yükdaşıma xidmətini bahalaşdıra bilər

Azərbaycan dəmir yolu ilə beynəlxalq yükdaşıma xidmətini bahalaşdıra bilər “Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq yükdaşımalarının qiymətlərinə yenidən baxa, bu xidmətini bahalaşdıra bilər.
İnfrastruktur
108
13 May , 2022 12:47
Azərbaycan dəmir yolu ilə beynəlxalq yükdaşıma xidmətini bahalaşdıra bilər

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq yük daşımalarının qiymətlərinə yenidən baxa, bu xidmətini bahalaşdıra bilər.

“Report” xəbər verir ki, bunu səhmdar cəmiyyətin Yükdaşımalar Departamentinin rəisi Emil Əhmədov bildirib.

"Yeni sifarişlərdə qiymət artımının tərəfdarıyıq. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iclası çərçivəsində dəhlizdə yükdaşımaların qiymətinin artımı ilə bağlı protokol imzalamışıq. Bu günə qədər Azərbaycan üzərindən daşınan yüklərdə qiymət artımı həyata keçirməsək belə, yükdaşıma ilə bağlı yeni müraciətlərdə qiymət artımına baxıla bilər”, - o deyib.

"Dəmir yolları ilə daha sürətli daşıma həyata keçirilir. İndiyə qədər yükdaşımalarla bağlı bu qədər sifariş əldə etməmişdik. Əsas məsələ Azərbaycan üzərindən keçən yükün dayanıqlılığını təmin etməkdir. Yəni, geosiyasi vəziyyətin dəyişməsindən sonra yüklərin Azərbaycanda qalması məsələsi çox önəmlidir. Bunun üçün isə yükün rahat və vaxtında daşınması lazımdır", - ADY rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi