"Azərbaycan Dəmir Yolları" yeni tender elan edib

"Azərbaycan Dəmir Yolları" yeni tender elan edib Müsabiqə 1 lot üzrə keçirilir
İnfrastruktur
13 Sentyabr , 2017 20:18
Azərbaycan Dəmir Yolları yeni tender elan edib
Report

Bakı. 13 sentyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" İnfrastruktur Departamenti açıq tender elan edib.

"Report"un dövri mətbuata istinadən verdiyi xəbərə görə, tender 1 lot üzrə (ağac tirləri I tip- R-65,1/11 üçün) keçirilir.

Tenderdə iştirak haqqı 300 manat təşkil edir. İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 13 oktyabr saat 18:00-a qədər, tender təklifi və bank zəmanətini isə 24 oktyabr saat 18:00-a qədər Bakı şəhəri, D.Əliyeva, 230 ünvanına təqdim etməlidirlər. İddiaçıların təklifləri 25 oktyabr, saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi