"Azərbaycan Dəmir Yolları" tranzit yük daşımalarını 11% artırıb

"Azərbaycan Dəmir Yolları" tranzit yük daşımalarını 11% artırıb Bu ilin I yarısında "Azərbaycan Dəmir Yolları” (ADY) QSC 7,223 milyon ton yük daşıyıb.
İnfrastruktur
197
11 Avqust , 2021 10:54
Azərbaycan Dəmir Yolları tranzit yük daşımalarını 11% artırıb

Bu ilin I yarısında "Azərbaycan Dəmir Yolları” (ADY) QSC 7,223 milyon ton yük daşıyıb.

"Report" quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,4% çoxdur.

6 aylıq yük daşımalarının 3,464 milyon tonu və yaxud 48%-i beynəlxalq (idxal-ixrac) daşımaların payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 3,35% azdır.

Son 1 ildə tranzit yük daşımalarının həcmi 10,7% artaraq 2,496 milyon tona çatıb, daxili yük daşımalarının həcmi isə 6,9% azalaraq 1,263 milyon tona düşüb.

Son xəbərlər

Orphus sistemi