“Azərbaycan Dəmir Yolları” “Stadler Rail Group”la əlaqələri genişləndirir

“Azərbaycan Dəmir Yolları” “Stadler Rail Group”la əlaqələri genişləndirir Bakı. 16 noyabr. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) İsveçrənin “Stadler Rail Group” şirkətinin prezidenti Peter Şpuler ilə görüş keçirilib.
İnfrastruktur
1260
16 Noyabr , 2017 11:43
“Azərbaycan Dəmir Yolları” “Stadler Rail Group”la əlaqələri genişləndirir
Ady.az

Bakı. 16 noyabr. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) İsveçrənin “Stadler Rail Group” şirkətinin prezidenti Peter Şpuler ilə görüş keçirilib.

“Report”a daxil olan məlumata görə, görüşdə ADY-nin İdarə Heyətinin sədri Cavid Qurbanov ölkədə dəmir yolu sahəsində həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Bundan başqa, tərəflər Bakı-Tbilisi-Qars marşrutu üzrə gələcəkdə hərəkət edəcək sərnişin qatarları üçün "Stadler" şirkətinə sifariş olunmuş 30 ədəd yataq tipli vaqonun hazırlanmasının icra vəziyyətini müzakirə edib. Onu da qeyd edək ki, həmin vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur.

P.Şpuler ADY bütün sahələrdə həyata keçirilən geniş miqyaslı islahatlardan və əlaqələrin genişlənməsindən məmnun qaldıqlarını bildirib. Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Xatırladaq ki, ADY “Stadler Rail Group” şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. “Stadler Rail Group” şirkətindən “Minsk Stadler” zavodunda istehsal olunan KİSS markalı beş ədəd ikimərtəbəli elektrik qatarı alınıb və Bakı-Sumqayıt-Bakı marşrutunda işləyir. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir. 

Son xəbərlər

Orphus sistemi