Societe Generale "Azərbaycan Dəmir Yolları" üçün proqram hazırlayıb

Societe Generale "Azərbaycan Dəmir Yolları" üçün proqram hazırlayıb “Azərbaycan Dəmir Yolları” QSC-nin Yanacaq və sürtkü yağları təminatı departamenti beynəlxalq İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi” standartının tətbiqinə başlayıb.
İnfrastruktur
20 İyun , 2020 13:04
Societe Generale Azərbaycan Dəmir Yolları üçün proqram hazırlayıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin Yanacaq və sürtkü yağları təminatı departamenti beynəlxalq İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi” standartının tətbiqinə başlayıb.

“Report”un ADY-yə istinadən verdiyi məlumata görə, standartın tətbiqində əsas məqsəd “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları üçün daha sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasıdır. Bununla əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin 25 əməkdaşı onlayn təlimlərə cəlb edilib.

Təlim proqramı dünyaca məşhur “Societe Generale De Surveillance” (SGS) şirkəti tərəfindən hazırlanıb və SGS ekspertləri tərəfindən tədris olunur. Bir neçə gün davam edəcək təlim proqramları çərçivəsində İSO 45001:2018 standartının tətbiqinə nəzarət etməli olacaq daxili auditorlar hazırlanacaq. Hal-hazırda təlimlərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Yanacaq və sürtkü yağları təminatı departamenti və digər struktur bölmələrində çalışan mütəxəssislər iştirak edir.

“Azərbaycan Dəmir Yolları” QSC peşə sağlamlığı və təhlükəsizliyi sahəsində ən yüksək beynəlxalq standart hesab edilən İSO 45001:2018 üzrə uyğunluq sertifikatını yaxın gələcəkdə almağı hədəfləyir.

Sağlam iş şəraitinin təmini edilməsi ilə yanaşı, İSO 45001:2018 standartı əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunlara riayət olunması, iş qəzaları və peşə xəstəlikləri səbəbindən yaranan xərclərin azaldılması və səmərəliliyin azalmasının qarşısının alınması, risklərin qiymətləndirilməsi və idarəedilməsi tələblərini də əhatə edir.

Son xəbərlər

Orphus sistemi