“Azərbaycan Dəmir Yolları”nın Müşahidə Şurasının növbəti iclası keçirilib

“Azərbaycan Dəmir Yolları”nın Müşahidə Şurasının növbəti iclası keçirilib Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.
İnfrastruktur
709
11 İyun , 2021 15:05
“Azərbaycan Dəmir Yolları”nın Müşahidə Şurasının növbəti iclası keçirilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.

"Report" bu barədə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, iclasda səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov və qurumun İdarə Heyətinin digər üzvləri iştirak ediblər. İclas iştirakçıları MŞ-nın fəaliyyətində səmərəliliyin artırılmasını, ADY-nin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədilə yaradılan komitələrin əsasnamələrini və tərkiblərini, eləcə də korporativ katib haqqında əsasnaməni müzakirə edərək təsdiqləyib.

Bundan başqa, iclasda səhmdar cəmiyyətinin fəaliyyəti üzrə aktual məsələlərlə bağlı çıxışlar edilib, ölkə prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərlə bağlı müzakirələr aparılıb.

Xatırladaq ki, MŞ dövlət başçısının 30 mart 2021-ci il tarixli sərəncamı ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi