Sumqayıtdakı qatar qəzası barədə rəsmi açıqlama

Sumqayıtdakı qatar qəzası barədə rəsmi açıqlama Müvafiq orqanlar aidiyyəti üzrə araşdırıb, hüquqi qiymət verəcək
İnfrastruktur
480
10 Mart , 2021 16:02
Sumqayıtdakı qatar qəzası barədə rəsmi açıqlama

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu gün Baş Sumqayıt stansiyasının yaxınlığında ölümlə nəticələnən hadisə ilə bağlı açıqlama verib.

Qurumdan "Report"a bildirilib ki, saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub. Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib.

"Hadisənin başvermə səbəbini müvafiq orqanlar aidiyyəti üzrə araşdırıb, hüquqi qiymət verəcək. ADY adından M.Abdullayevə Allahdan rəhmət, ailəsinə səbr diləyirik!", - deyə açıqlamada qeyd olunub.

Son xəbərlər

Orphus sistemi