“Azərbaycan Dəmir Yolları”nda Türkiyə səfiri ilə görüş keçirilib

“Azərbaycan Dəmir Yolları”nda Türkiyə səfiri ilə görüş keçirilib Görüşdə iki ölkənin dəmir yollarının gələcək planları və əməkdaşlıq perspektivləri müzakirə olunub
İnfrastruktur
25 Avqust , 2015 16:04
“Azərbaycan Dəmir Yolları”nda Türkiyə səfiri ilə görüş keçirilib

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Alper Coşkunla görüş keçirilib. Qurumdan "Report"a daxil olan xəbərə görə, görüşdə “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

İkitərəfli görüşdə həmçinin Türkiyə və Azərbaycanın dəmir yollarının gələcək planları və bu əməkdaşlığın perspektivləri müzakirə olunub. Daha sonra A.Coşkun çıxış edərək “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldığını bildirib.

Qeyd edək ki, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi