"Azərbaycan Dəmir Yolları"nda İslam İnkişaf Bankının regional direktoru ilə görüş keçirilib

"Azərbaycan Dəmir Yolları"nda İslam İnkişaf Bankının regional direktoru ilə görüş keçirilib IDB "Azərbaycan Dəmir Yolları" QSC-nin həyata keçirdiyi regional layihələrdə iştirak etməkdə maraqlıdır
İnfrastruktur
17 Yanvar , 2017 16:42
Azərbaycan Dəmir Yollarında İslam İnkişaf Bankının regional direktoru ilə görüş keçirilib

Bakı. 17 noyabr. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də İslam İnkişaf Bankının (IDB) MDB ölkələri üzrə regional direktoru Hişan Marufun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a verilən məlumata görə, görüşdə son dövrlər Azərbaycanın dəmir yolu sektorunda həyata keçirilən islahatlar, beynəlxalq və regional layihələrin icra vəziyyəti, qarşıda duran vəzifələr haqqında məlumat verən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, ortamüddətli perspektivdə ölkənin regional logistika mərkəzinə çevrilməsinin əsas strateji hədəflərdən biri olduğunu bildirib, həmçinin təkcə regional deyil, artıq qlobal əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yenidən qurulması istiqamətində atılan addımlar barədə məlumat verib. Layihə çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə IDB arasında əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.

H.Maruf təmsil etdiyi təşkilatın Azərbaycanla qarşılıqlı əməkdaşlığın inkişaf etdiriməsinin əsas prioritet istiqamətlərdən biri olduğunu və bu əməkdaşlıq kontekstində “Azərbaycan Dəmir Yolları” QSC-nin həyata keçirdiyi regional layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi