"Azərbaycan Dəmir Yolları"nda Avstriya nümayəndə heyəti ilə görüş keçirilib

"Azərbaycan Dəmir Yolları"nda Avstriya nümayəndə heyəti ilə görüş keçirilib Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub
İnfrastruktur
18 İyul , 2017 18:16
Azərbaycan Dəmir Yollarında Avstriya nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 18 iyul. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Şirkətdən "Report"a daxil olan məlumata görə, görüşdə “Azərbaycan DəmirYolları”nın sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayacaq Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

C.Qurbanov bildirib ki, digər marşrutlarla yanaşı, Azərbaycanın təşəbbüsü ilə meydana gələn Cənub-Qərb layihəsi gələcəkdə Asiyadan yüklərin Avropaya daşınmasında ən qısa, sərfəli və səmərəli marşruta çevriləcək: "Azərbaycanın və Avstriyanın əlverişli coğrafi mövqeyi və eləcə də tranzit imkanlarından yararlanaraq, Çin və Hindistandan yüklərin Avropaya çatdırılması üçün dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsində iki ölkənin müvafiq qurumları arasında geniş əməkdaşlıq imkanları mövcuddur".

Sonra ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi